Ölkəmizdə qədim tikmə nümunələrindən biri olan TƏKALDUZ sənətini geniş təbliğ edirik.

AZƏRBAYCAN TİKMƏLƏRİ

Bu sayt Azərbaycan mədəniyyətinin bir parçası olan, Azərbaycan tikmələri ilə sizi tanış etmək məqsədiylə yaradılmışdır. Siz burada həm tikmələrin tarixi, həm də sənət nümunələri ilə tanış ola bilərsiniz. Virtual Muzeydə gəzə eyni zamanda virtual mağazadan bəyəndiyiniz nümuməni sifariş edə bilərsiz. Həmçinin interaktiv dərslərimizə qoşula bilərsiniz.

VİRTUAL MUZEY

avqust 26

DİVAR BƏZƏKLƏRİ.

Muzeyin bu bölməsindəki divar bəzəkləri həm süjetli tablo, həm miniatür şəklində olmaqla qədimdən indiyədək davam edən ənənələrin təcəssümüdür.

sentyabr 11

GEYİMLƏR

Bu bölmədəki kişi, qadın, uşaq geyimləri həm qədim, həm də müasir üslubda hazırlanmışdır. Ta qədimdən öz zövqünün xüsusiliyi ilə seçilən xalqımızın ənənələri yaşatma seçimidir.

sentyabr 19

MƏİŞƏT ƏŞYALARI

Qədim mədəniyyətimizin atributik rəmzlərini həmişə məişət əşyalarında görmək olar. Muzeyin bu bölməsində qədim ənənələrin yaşadılmasını özündə əks etdirən məişət əşyaları yerləşdirilmişdir.

Noyabr 30

MÜXTƏLİF

Zəngin mədəniyyətimizin çox şaxəli olmasını nəzərə alaraq bu bölmədə çox müxtəlif nümunələr toplanıb. Gəlinciklər, oyuncaqlar, çantalar, broşlar, interyer dekorlari və s..

Noyabr 30

PORTRETLƏR

Tanınmış dövlət xadimlərinin, şəxsiyyətlərin, yazıçıların, musiqiçilərin müxtəlif janrlarda işlənmiş portretlərini görə bilərsiniz. Portretdə səxsiyyətin xarakterik xüsusiyyətləri aydınlaşır.

Noyabr 30

MİNİATÜR

Saray sənətinin ən gözəl nümunələrindən olan miniatürlər adətən boyakarlıq və xəttatlıq üslubunda işlənilirdi. Muzeyimizdə qızılı və ipək saplarla işlənmiş miniatürlərə baxa bilərsiniz.

KEÇMİŞDƏN GƏLƏCƏYƏ

Hələ qədim zamanlardan günümüzə qədər yol gələn tikmələrimizin itib batmaması məqsədiylə çox böyük işlər görülmüşdür. Arifə xanım Məmmədova böyük ipəkçi nəslinin nümayəndəsi olaraq 1980 - ci illərdə tikmələrimizin izinin itməkdə olmasını görərək fəaliyyətə başlamış və çox qısa zamanda Şəki şəhərində öz tikmə və sənətkarlıq məktəbini yaratmışdır. Hal hazırda Şəki şəhərində və digər bölgələrdə o məktəbin açdığı cığırlarda fəaliyyətini eyni istiqamətli davam edən, tikmə ilə məşğul olan insanlar var.

1992 - ci ildən Arifə xanım "Nəcib Xanımlar" incəsənət birliyini yaradaraq ətrafında çox saylı incəsənətlə bağlı insanları toplamış, sərgi müsabiqə və tədbirlər keçirmişdir. O dövrdə çox aktual olan qaçqın və köçkünlərin həyat və yaşayış şəraiti ilə daimi maraqlanmış, bacardığı yardımı əsirgəməmişdir. Şəhid və qazi ailələrindən olan və həmçinin, fiziki qüsurlu insanlarla, əlillərlə uzun illər art terapiya ilə məşğul olmuşdur. Əlillərin işlərindən ibarət bir çox sərgi və müsabiqələrin təşəbbüskarı olmuş və təşkilatçılıq etmişdir.

Şəki şəhərində təkcə tikmə ilə bağlı deyil ümumən sənətkarlıqla bağlı problemləri görərək sənətkarlıq məhəlləsinin yaradılmasının ideya müəllifi olmuşdur. Reallaşan bu layihə hal hazırda Şəki şəhərinin mədəni mərkəzlərdən biri olmasında çox mühim əhəmiyyət daşıyır.

Hal hazırda NXİB fəaliyyət göstərmir.

Buna baxmayaraq, digər ictimai birliklərlə sıx əməkdaşlığımız davam etməkdədir. "Miras" ictimai birliyi, "Xalçaçılar" ictimai birliyinin müxtəlif tədbirlərində dəfələrlə iştirak etmişik. "Azərbaycan Kreativ Sənaye Federasiyası İctimai Birliyi" və "Mədəni İrs Sənətkarlığa Dəstək və Kreativ Sənayə ictimai birliyi" ilə əməkdaşlıq layihələrinə qoşulmağa çalışırıq.

Dövlətimizin və ictimai sosial birliklərin bütün təklif və layihələrində yaxından iştirak etmək məqsədimizdir.

SON YENİLİKLƏR

“ZəfərFest” Yaradıcılıq Festİval-Sərgİsİ keçİrİlİb.

Noyabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 noyabr–Zəfər Gününə həsr olunmuş “ZəfərFest” Yaradıcılıq Festival-Sərgisi keçirilib.
Festival-Sərginin məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.

Festivalın sərgi hissəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələrinin Zəfər Günü ilə bağlı hazırladıqları 70-ə yaxın rəsm və əl işlərinə baxış keçirilib.

Bədii hissədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin və Bülbül adına orta ixtisas musiqi məktəbinin kollektivlərinin, ümumilikdə 300-ə yaxın məktəblinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.

NECƏ SİFARİŞ EDƏ BİLƏRİK?

Sifariş əlaqə nömrələrimiz vasitəsilə və sayt üzərindən qəbul edirik. Sayt üzərindən sifarişlərdə 10% endirim tətbiq olunur. Sifarişinizdən asılı olaraq, işlərimiz 1 aydan - 3 ayadək təhvil verilə bilər. Bakı şəhəri daxili çatdırılma ödənişsizdir.

DƏRSLƏRƏ NECƏ YAZILA BİLƏRƏM?

Dərslərə əlaqə telefonları vasitəsilə qoşula bilərsiniz. 6 yaşından - 60 yaşadək geniş tələbə əhatəmiz var. Məram və istəklərinizdən asılı olaraq, bir dəfəlik master-klasslarda, vörkşoplarda iştirak edə və yaxud aylıq, illik kurslarımıza qeydiyyatdan keçə bilərsiniz. Qeyd: Dostunuzla bərabər kursa yazılsanız bizdən xüsusi endirim əldə edecəksiz. Həmçinin müxtəlif yarışmalara qatılıb özünüzü sınaya və qalib ola bilərsiniz. BURADAN DƏRSLƏRƏ YAZIL.

EKSPERTİZA XİDMƏTİ NECƏ HƏYATA KEÇİRİLİR?

Müraciət olunduqdan ən az 7 iş günü sonra yazılı rəy verilir. İşin təxmini işlənmə tarixi, müəllif və texnikası dəqiqləşdirilir. İşin dəyərləndirilməsi xüsusi komissiya tərəfindən icra olunur. Xidmət ödənişlidir.

RESTAVRASİYA NECƏ APARILIR?

Siz də nənələriniz sandıqlarında qalan tikmələri gələcək nəsillərimizə irs kimi ötürmək istəyirsinizsə, bərpa edib nümunəni xəzinə kimi saxlaya bilərsiniz. Xüsusi diqqət və qayğı ilə ustad sənətkarlar tərəfindən restavrasiya olunur. Xidmət ödənişlidir.

KONSERVASİYA NƏYƏ LAZIMDIR?

Müxtəlif tarixi əşyaların saxlanma qaydaları öyrədilir. Qədim tikmə və geyim nümunələrinin gələcəyə ötürülə bilməsi üçün xüsusi qaydalar var. Muzeyimizdəki bütün nümunələr konversiya olunur. Sizdəki tekstil nümunələri sizə lazım deyilsə, adınızdan muzeyimizə təqdim edə və təhvil verə bilərsiniz. İllərlə sizin adınızla qorunacağına rəsmi zəmanət verilir. Adınızı tarixə yazın.

ONLAYN MAĞAZA

Haqqımızda

94
Sərgilərdə iştirak
26
Müsahibə və məqalə
317
Sənət nümunələri
32
Sertifikat, mükafatlar

Saytımızda axtardığınız sualın cavabını tapa bilmirsinizsə


və yaxud daha geniş ətraflı məlumat almaq istəyirsinizsə, xahiş edirik bizimlə əlaqə saxlayın.

Müxtəlif telekanallar, jurnalistlər və mətbuat nümayəndələrinə həmişə xüsusi vaxt ayırırıq. Müvafiq ixtisas sahələrinin mütəxəsisləri, mədəniyyətşünaslar, rəssamlar, sənətkarlarla çox geniş spekterli əməkdaşlığa hazırıq. Tələbələr və sənət öyrənmək istəyənlərə interaktiv dərslərdən yararlanmağı məsləhət görürük.
  • Telefon
    (+994) 50 312 73 16
    (+994) 51 678 04 10
  • Email
    info@tekalduz.com
  • Ünvan
    Bakı şəhəri Nizami rayonu
  • Poçt indeksi
    1142