HƏR HANSI BİR MATERİALDAN İSTİFADƏ ETMƏZDƏN ÖNCƏ ƏLAQƏ SAXLAYIN.
Müxtəlif sahələrdə uğur qazanan tələbələrimizlə fəxr edirik.
Akademik Rəsm - Ali təhsil müəssisələrində qabiliyyət imtahanına hazırlaşan tələbələrlə xüsusi hazırlıq proqramı keçirik. Qrafika, Boyakarlıq, Kompazisiya və Memarlıq ixtisası üzrə hazırlaşanlar üçün Rəsmxətt subbakalavrların hazırlıq kursuna aiddir.
Boyakarlıq - Dərslərimizdə akvarel, quaş və akril boyalarla rənglərin dünyasını kəşf edirik.
Məzmun etibarilə boyakarlıq sənəti bu janrlara bölünür: tarixi boyakarlıq; mifoloji boyakarlıq; məişət boyakarlığı; portret boyakarlığı; mənzərə boyakarlığı; natürmort boyakarlığı və s. Hər növün özünəməxsus texniki ifadə üsulları və materialları var.
Dəzgah Boyakarlığı - Boyakarlığın ən geniş yayılmış forması dəzgah boyakarlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər “molbert” adlanan xüsusi dəzgahda yaradılır. Üzərində, əsasən, yağlı boya ilə çəkilir. Yağlı boya ilə yanaşı boyakarlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Monumental boyakarlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər.
Tikmə - Dərslərimizdə ölçü götürməyi, ülgü çıxartmağı, sadə məişət əşyalarını tikməyi və naxışlarla bəzəməyi öyrənəcəyik.
Həmçinin toxunma üsulu ilə geyim və məişət əşyalarını hazırlayacağıq.
Təkmilləşmə kursları - Artıq rəssam kimi fəaliyyət göstərənlər rəsm müəllimləri, akademik təhsil alan
tələbələr özəl dərslərdən faydalanaraq öz suallarına cavab tapa bilər. Bununla yanaşı, öz biliklərini dərinləşdirə bilərlər.
Dərslərə əlaqə telefonları vasitəsilə qoşula bilərsiniz. 6 yaşından - 60 yaşadək geniş
tələbə əhatəmiz var. Məram və istəklərinizdən asılı olaraq, bir dəfəlik master-klasslarda,
vörkşoplarda iştirak edə və yaxud aylıq, illik kurslarımıza qeydiyyatdan keçə bilərsiniz.
Qeyd: Dostunuzla bərabər kursa yazılsanız bizdən xüsusi endirim əldə edecəksiz. Həmçinin
müxtəlif yarışmalara qatılıb özünüzü sınaya və qalib ola bilərsiniz.
Aşağıda göstərilən qrafikdən özünüzə uyğun dərs saatlarını seçə bilərsiniz və yaxud zəng edərək sizə uyğun
özəl dərs saatları ayıra bilərik.
Bazar ertəsi: 11:00 - 13:00
Çərşənbə axşamı: 10:00 - 12:00
Çərşənbə: 12:00 - 14:00
Cümə axşamı: 10:00 - 12:00
Cümə: 11:00 - 13:00
Şənbə: 12:00 - 14:00
Bazar: 13:00 - 15:00
Bazar: 15:00 - 17:00
Akademik Rəsm
Boyakarlıq
Akril, Dəzgah Boyakarlığı
Boyakarlıq
Akademik Rəsm
Akril, Dəzgah Boyakarlığı
Tikmə
Dəzgah Boyakarlığı
Subbakalavrlar
8-18 yaş
Həvəskarlar, 15 yaşdan böyüklər
8-18 yaş
Subbakalavrlar
Həvəskarlar, 15 yaşdan böyüklər
Həvəskarlar
Həvəskarlar, Təkmilləşmə kursları