HƏR HANSI BİR MATERİALDAN İSTİFADƏ ETMƏZDƏN ÖNCƏ ƏLAQƏ SAXLAYIN.
Konservasiyanın başlıca məqsədi – eksponatların ətraf mühitə davamını artırmaqdır.
TİKMƏLƏRİN BƏRPASI - Müharibələr, inqilablar və ya təbii hadisələr nəticəsində zədələnmiş incəsənət nümunələrinin restavrasiyaya daha çox ehtiyacı olur. Düzgün restavrasiya bu nümunələri gələcəyə ötürməyə şərait yaradır.
Əşyaların üzərində bərpa və konservasiya işləri apararkən bərpaçı bir sıra mütləq şərtlərə riayat etməlidir:
1. Konservasiya komponentlərinin müxtəlif saxlanma şəraitinə və zamanın təsirinə müvafiq olması
2. Əşyanın görkəminin toxunulmazlığı, olduğu kimi saxlanması (rənginin, quruluşunun, səthinin və s.)
3. Proseslərin təhlükəsizliyi və bərpa, konservasiyada istifadə olunan materialların inert, təsirsiz olması
4. Eksponata qarşı istifadə olunan proseslərin dönmə qabiliyyətinə malik olması.
Konversiya əşyanın ömrünü uzadır və dağılmasının qarşısını alır. Ekspulatasiya zamanı eksponatı qoruyur. İtirilmiş
hissələrin bərpası mümkün qədər qoruyucu olmalıdır. Çünki, bir çox proseslərin geri dönüşü yoxdur və öz əvvəlki vəziyyətini
həmişəlik itirə bilər.
Öz antikvariatınızı risksiz restavrasiya etmək üçün mütləq professionallara müraciət edin.
Bunun üçün əvvəlcə öz antik əşyanızın bərpasını etibar etdiyiniz adamın gördüyü işlərdən ibarət portfoliosuna baxın. RESTAVRASİYA OLUNMUŞ NÜMUNƏ TƏZƏ KİMİ GÖRÜNMƏMƏLİDİR.
Bərpa və konservasiya prosesləri aşağıda sadalanan prinsiplərə əsaslanaraq yerinə yetirilir:
1. İpliyin bəzi itirilmiş fiziki –kimyəvi (hiqroskopiklik, möhkəmlik, elastiklik və s. kimi) xüsusiyyətlərinin bərpası və nəticədə liflərin təbii dağılma prosesinin dayandırılması.
2. İpliyin üzərinə, ətraf mühitin və havanın təsirindən müdafiə edən, qoruyucu layın vurulması.
3. Parçanın mümkün qədər səthi və dərin çirklərdən təmizlənməsi.
4. Fraqment halında olan parçaların yeni əsasa yapışdırılması, itirilmiş hissələri yenisi ilə əvəz etməmək şərti ilə, bərpa -konservasiyası.
5. Parçanın fakturasının qorunması.
Siz də nənələriniz sandıqlarında qalan tikmələri gələcək nəsillərimizə irs kimi ötürmək istəyirsinizsə, bərpa edib nümunəni xəzinə kimi saxlaya bilərsiniz. Xüsusi diqqət və qayğı ilə ustad sənətkarlar tərəfindən restavrasiya olunur. Xidmət ödənişlidir.