Sifariş əlaqə nömrələrimiz vasitəsilə və sayt üzərindən qəbul edirik. Sayt üzərindən sifarişlərdə 10% endirim tətbiq olunur. Sifarişinizdən asılı olaraq, işlərimiz 1 aydan - 3 ayadək təhvil verilə bilər. Bakı şəhəri daxili çatdırılma ödənişsizdir.
Ölkəmizdə qədim tikmə nümunələrindən biri olan TƏKALDUZ sənətini geniş təbliğ edirik.
Siz burada nadir, ekskluziv sənət nümunələri ilə tanış ola bilərsiniz.
Üslublar, texnikalar, ləvazimatlar, onların oxşar və fərqli cəhətləri.
Tikmə sənətində iz qoymuş dahilər: Arifə Məmmədovanın fəaliyyəti və yaradıcılığı.
Yeni layihələr, davamçılar, inkişaf perspektivləri, iştirak etdiyimiz sərgilər.
Muzeyin bu bölməsindəki divar bəzəkləri həm süjetli tablo, həm miniatür şəklində olmaqla qədimdən indiyədək davam edən ənənələrin təcəssümüdür.
Bu bölmədəki kişi, qadın, uşaq geyimləri həm qədim, həm də müasir üslubda hazırlanmışdır. Ta qədimdən öz zövqünün xüsusiliyi ilə seçilən xalqımızın ənənələri yaşatma seçimidir.
Qədim mədəniyyətimizin atributik rəmzlərini həmişə məişət əşyalarında görmək olar. Muzeyin bu bölməsində qədim ənənələrin yaşadılmasını özündə əks etdirən məişət əşyaları yerləşdirilmişdir.
Zəngin mədəniyyətimizin çox şaxəli olmasını nəzərə alaraq bu bölmədə çox müxtəlif nümunələr toplanıb. Gəlinciklər, oyuncaqlar, çantalar, broşlar, interyer dekorlari və s..
Tanınmış dövlət xadimlərinin, şəxsiyyətlərin, yazıçıların, musiqiçilərin müxtəlif janrlarda işlənmiş portretlərini görə bilərsiniz. Portretdə səxsiyyətin xarakterik xüsusiyyətləri aydınlaşır.
Saray sənətinin ən gözəl nümunələrindən olan miniatürlər adətən boyakarlıq və xəttatlıq üslubunda işlənilirdi. Muzeyimizdə qızılı və ipək saplarla işlənmiş miniatürlərə baxa bilərsiniz.
Hələ qədim zamanlardan günümüzə qədər yol gələn tikmələrimizin itib batmaması məqsədiylə çox böyük işlər görülmüşdür. Arifə
xanım Məmmədova böyük ipəkçi nəslinin nümayəndəsi olaraq 1980 - ci illərdə tikmələrimizin izinin itməkdə olmasını görərək fəaliyyətə başlamış və
çox qısa zamanda Şəki şəhərində öz tikmə və sənətkarlıq məktəbini yaratmışdır.
Hal hazırda Şəki şəhərində və digər bölgələrdə o məktəbin açdığı cığırlarda fəaliyyətini eyni istiqamətli davam edən, tikmə ilə
məşğul olan insanlar var.
1992 - ci ildən Arifə xanım "Nəcib Xanımlar" incəsənət birliyini yaradaraq ətrafında çox saylı incəsənətlə bağlı
insanları toplamış, sərgi müsabiqə və tədbirlər keçirmişdir. O dövrdə çox aktual olan qaçqın və köçkünlərin həyat və yaşayış şəraiti ilə
daimi maraqlanmış, bacardığı yardımı əsirgəməmişdir. Şəhid və qazi ailələrindən olan və həmçinin, fiziki qüsurlu insanlarla, əlillərlə uzun illər
art terapiya ilə məşğul olmuşdur. Əlillərin işlərindən ibarət bir çox sərgi və müsabiqələrin təşəbbüskarı olmuş və təşkilatçılıq etmişdir.
Şəki şəhərində təkcə tikmə ilə bağlı deyil ümumən sənətkarlıqla bağlı problemləri görərək sənətkarlıq məhəlləsinin yaradılmasının ideya
müəllifi olmuşdur. Reallaşan bu layihə hal hazırda Şəki şəhərinin mədəni mərkəzlərdən biri olmasında çox mühim əhəmiyyət daşıyır.
Hal hazırda NXİB fəaliyyət göstərmir.
Buna baxmayaraq, digər ictimai birliklərlə sıx əməkdaşlığımız davam etməkdədir. "Miras" ictimai birliyi, "Xalçaçılar" ictimai birliyinin müxtəlif
tədbirlərində dəfələrlə iştirak etmişik. "Azərbaycan Kreativ Sənaye Federasiyası İctimai Birliyi" və "Mədəni İrs Sənətkarlığa Dəstək və Kreativ Sənayə ictimai birliyi"
ilə əməkdaşlıq layihələrinə qoşulmağa çalışırıq.
Dövlətimizin və ictimai sosial birliklərin bütün təklif və layihələrində yaxından iştirak etmək məqsədimizdir.
“ZəfərFest” Yaradıcılıq Festİval-Sərgİsİ keçİrİlİb.
Noyabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 noyabr–Zəfər Gününə həsr olunmuş
“ZəfərFest” Yaradıcılıq Festival-Sərgisi keçirilib.
Festival-Sərginin məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi,
Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə
bağlı uşaq və gənclərin maarifləndirilməsi, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və
dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.
Festivalın sərgi hissəsində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələrinin
Zəfər Günü ilə bağlı hazırladıqları 70-ə yaxın rəsm və əl işlərinə baxış keçirilib.
Bədii hissədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin,
Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin və Bülbül adına orta ixtisas musiqi məktəbinin kollektivlərinin,
ümumilikdə 300-ə yaxın məktəblinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin
ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.