HƏR HANSI BİR MATERİALDAN İSTİFADƏ ETMƏZDƏN ÖNCƏ ƏLAQƏ SAXLAYIN.

MÜASİR TİKMƏ SƏNƏTKARLIĞI


Yeni layihələr, davamçılar, inkişaf perespektivləri, iştirak etdiyimiz sərgilər.


Arifə xanımın çoxsaylı tələbələri hal-hazırda tikmələri yaşatmaqda davam edirlər. Lakin burada onlardan yalnız birinin fəaliyyəti haqqında məlumat yerləşdirilib. Yeniliklərinin saytda göstərilməsini istəyən hər bir sənətkar əlaqə telefonları vasitəsiylə əlaqə saxlaya bilər.


Mehriabn Xəlilzadə 1977-ci il avqust ayının 17-sində rəssam Əliyev Əlimahirin və sənətkar Arifə xanım Məmmədovanın ailəsində doğulub. Kiçik yaşlarında rəssam və sənətkarların əhatəsində böyüyən, yalnız yaradıcılıqla nəfəs alan böyüklərindən tərbiyə alan bir insandır. Müasir biznes cəmiyyətində sənəti biznesə çevirmək qabiliyyəti çox zəif olsa da yaradıcılıq axtarışları daim davam edib. Məktəbi əla qiymətlərlə bitirib tibb təhsili almağına baxmayaraq bütün həyatını tikmələrin yaradılmasına, yaşadılmasıa və yaradıcılıq axtarışlarına sərf etmişdir. Gənc yaşlarında anasıyla birgə "Nəcib Xanımlar incəsənət birliyinin" həmtəsisçilərindən biri idi. Hal-hazırda NXİB fəaliyyət göstərmir.
Evlilik dönəmində yaradıcılığa böyük fasilə versə də 2010-cu ildən aktiv fəaliyyətlə məşğuldur. Günümüzdə tikmələrə və əl işlərinə olan böyük marağın yaradılmasında böyük zəhməti olan bir insandır. Müxtəlif yazılı və vizual informasiya məkanında 26-dan çox müsahibə vermişdir. Onlardan bəziləri youtube və google kimi platformalarda yerləşdirilmişdir. On ildən çox təmənnasız olaraq orta və ali təhsil yaşlı tələbələrə,gənclərə incəsənətin tədrisi ilə məşğul olmuşdur. Uşaqlara və gənclərə rənglərin sirli aləminin açarlarını ötürməyə çalışmışdır. Onların arasında sənətkarlığa meylin təbliğ olunması üçün fəaliyyət göstərmiş və buna nail olmuşdur. Müxtəlif sərgi və müsabiqələrdə iştirak etmişdir. İlk fərdi sərgisi 2011-ci ildə Azərbaycan dövlət xalça muzeyində keçirilmişdir. 32-dən çox mükafat və sertifikata layiq görülmüşdür. Həm ölkə daxilində, həm də xaricində keçirilən sərgilərə qatılmışdır. Azərbaycanı layiqincə təmsil etmişdir. Heç bir dəvəti geri çevirməməyə çalışmışdır. 2007-ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü olan tikməçi-rəssamın tələbələri də müxtəlif mükafatlara layiq görülmüşlər. Bu da müəlliməni sevindirir və yeni işlərə həvəsləndirir. Müxtəlif sahələrdən olan yaradıcı insanlarla kolobrasiyalara, iş birliyinə açıq olduğunu həmişə söyləyir. Bu layihələrdən ən uğurlusu müasir xalçaçı rəssam Faiq Əhmədlə olan əməkdaşlığını hesab edir. Nəticə dünyanı heyran edə biləcək bir yenilik idi. Faiq Əhmədin sərgilərində Dubayda və Londonda nümayiş etdirilmişdir.
Tikmələrin müasir həyatda və məişətdə tətbiqi üçün əlindən gələni edir. Restaylinq və modernizasiya problemlərini həll edərəktikmə sənətinin gələcəyə daşınmasına çalışır.
Gələcəkdə də yeni kolobrasiyalar sənətkar üçün maraqlıdır. Əməkdaşlıq etmək istəyən, Azərbaycanı xarıcdə tanıtdıran moda dizaynerləri, ustalar, sənətkrlar və rəssamlarçün qapımız həmişə açıqdır. Hazirda yerli brend olan "MILLI" ni yaratmışdır və inkişaf planları üzərində çalışır. Bu brendin hər bir modeli əl işidir, tək bir razmer olaraq nümunə üçün hazırlanır və bu saytın mağaza bölməsində paylaşılır. İstəyinizə uyğun olaraq sizin ölçülərinizə uyğun və sizin fikirlərinizi, rəng duyumunuzu nəzərə alaraq eksklyuziv tək bir model kimi fərqli modellər hazırlana bilər. Heç bir əl işi təkrar olunmur.
i
tt
Bütün sosial şəbəkələrdən,poctayla və sayt üzərindən əlaqə yaratmaq mümkündür.
Gələcəkdə turistik bir məkanda Azərbaycan tikmə Müzeyinin açılmasını arzulayır və bununçün əlindən gələni edir. İnşəAllah gerçəkləşər.

ONLAYN MAĞAZA

Saytımızda axtardığınız sualın cavabını tapa bilmirsinizsə


və yaxud daha geniş ətraflı məlumat almaq istəyirsinizsə, xahiş edirik bizimlə əlaqə saxlayın.

Müxtəlif telekanallar, jurnalistlər və mətbuat nümayəndələrinə həmişə xüsusi vaxt ayırırıq. Müvafiq ixtisas sahələrinin mütəxəsisləri, mədəniyyətşünaslar, rəssamlar, sənətkarlarla çox geniş spekterli əməkdaşlığa hazırıq. Tələbələr və sənət öyrənmək istəyənlərə interaktiv dərslərdən yararlanmağı məsləhət görürük.
  • Telefon
    (+994) 50 312 73 16
    (+994) 51 678 04 10
  • Email
    info@tekalduz.com
  • Ünvan
    Bakı şəhəri Nizami rayonu
  • Poçt indeksi
    1142